Jun 15

Hindistanda tüğyan edən qasırğa insanları çimərlikdən “yuyub apardı” - VİDEO

Hindistanın Maharaştra ştatında sahil zonasını vuran “Biparca” siklon qasırğası çimərlikdə olan insanlara dəhşət yaşadıb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Kadrlarda sahili vuran dalğanın onlarla insanı özü ilə aparması əks olunub.

Bildirilir ki, dalğa sahildəki dükanlara kimi gəlib. Nəticədə texnika mağazasında bir neçə nəfəri elektrik cərəyanı vurub.

Hindistan Meteorologiya Xidməti küləyin sürətinin saniyədə 41 metrə çatacağı ilə bağlı xəbərdarlıq edib.

Bildirilir ki, siklon cümə axşamı Qucarata çatacaq. Bununla əlaqədar ştatın sahillərindən 8000-dən çox insan təxliyə edilib. 

Qucarat sahillərindəki limanlar, o cümlədən ölkənin ən böyük konteyner limanı qasırğa səbəbindən öz işini dayandırıb. Proqnozlara görə, təbii fəlakət iyunun 15-dək davam edəcək.

Mənbə: URA.ru

Bənzər xəbərlər

Gündəm

0.01782488822937