Jun 15

Nigeriyada gəmi qəzası: 100-dən çox ölən var

Niger çayında batan gəmidə qəza nəticəsində 103 nəfər həlak olub.

Bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşı xəbər verib.

Bildirilir ki, gəmidə olanlar toydan qayıdıblar.

Sakinlərin sözlərinə görə, gəmidə ümumilikdə 270 nəfər olub. Ölənlərlə yanaşı itkin düşənlər də var, lakin onların sayı hələ müəyyən edilməyib.

Qəzaya uğrayan gəmidə axtarış-xilasetmə işləri davam etdirilir. Xilas olanların dəqiq sayı da məlum deyil.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.02143406867981