Jun 12

İstanbulda həyətində nadir heyvanlar saxlayan şəxs həbs olundu

Villasında ev heyvanı kimi on iki nadir maral və altı tovuz quşu saxlayan şəxs İstanbul polisi tərəfindən nəzarətə götürülüb.

Aşkar edilən maralların nəsli kəsilmək ərəfəsində olduğu üçün onları ev heyvanı kimi saxlamağın mümkün olmadığı qeyd edilib.

İstanbulun Silivri səmtindəki bir villanın bağçasında maral və tovuz quşlarının tapılması xəbərini alandan sonra Qaçaqmalçılıqla Mübarizə İdarəsi hadisə yerinə operativ qrupları göndərib.

Məlumata görə, əmlak sahibi və heyvanların baxıcısı saxlanılıb.

Ələ keçirilən heyvanlar Milli Parklar Departamentinə təhvil verilib.

Mənbə: rossaprimavera.ru

Bənzər xəbərlər

Gündəm

0.014714956283569