Apr 05

Rusiyalı bloqer əllərini İran polisinin çiyninə qoyaraq hicabsız görüntülərini yayımladı - FOTO

Rusiyalı bloqer Kristina Buşe hicabsız halda əllərini iki İran polisinin çiyninə qoyaraq şəkil çəkdirib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bloqerin İranın Rusiyadakı səfiri Kazem Cəlalinin yanında da çoxlu şəkillərini görmək olar:

Sosial medianın İran seqmentinin istifadəçiləri rusiyalı bloqerin fotolarına şərhlər bildiriblər.

“Rusiyadan olan “Instagram” bloqeri bu fotonu yayımladı, amma nə Azadlıq Qülləsi bağlandı, nə parlamentdən səs gəldi, nə də Ədliyyə Nazirliyi reaksiya verdi”. “Rusiyalı bloqer Tehrana səfər etdikdən sonra yəqin ki, restorana da gedib. Sual: Onun getdiyi restoran bağlandı?”, - deyə şəxshlərdə qeyd edilib.

 

 

Bənzər xəbərlər

Gündəm

0.035372972488403