İsveç məhkəməsi Quranın yandırılmasına icazə verdi
İsveç polisinin Quranın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası yoxdur.
Çərşənbə axşamı İsveç İnzibati Məhkəməsi aksiya təşkilatçılarının müraciətinə baxdıqdan sonra belə qənaətə gəlib.
Bununla əlaqədar olaraq, polis idarəsinin Quranın yandırılmasını qadağan edən qərarı məhkəmə tərəfindən ləğv edilib.
Qeyd edək ki, yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb olmuşdu.
Mənbə: TASS