Apr 05

“60 saniyəyə qaçırmaq” filmi Moskvada: Menecerin “Lamborghini”si oğurlandı - FOTO

Moskvada nəhəng İT şirkətinin baş menecerinin “Lamborghini Mursielago” avtomobili oğurlanıb.

Şirkətin 38 yaşlı departament direktoru Dmitriyə bu avtomobil atasının ölümündən sonra miras qalıb. İş adamı, adətən, idman maşınını evin yaxınlığındakı mühafizə olunan dayanacaqda qoyub gedirmiş.

İki dost “Lamborghini”ni oğurlamaq üçün çox hiyləgər bir sxem hazırlayıb. Lakin onların “60 saniyəyə qaçırmaq” filmini reallaşdırmaq cəhdləri nəticə verməyib.

Belə ki, səyahətə gedən Dmitriyə dayanacağın mühafizəçisi zəng edib və deyib ki, “Lamborghini”ni aparıblar”. Mühafizəçi bildirib ki, evakuatorla iki nəfər gəlib, maşına olan sənədləri göstərib və maşını götürüb gedib. Olduqca təəccüblənən Dmitri dərhal polisə müraciət edib.

“Lamborghini”nin aparıldığı evakuatorun elə həmin gün izinə düşülüb. Avtomobil Domodedovo mərkəzi aksiz gömrüyünə gətirilib.

Polis oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb və onlara qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb.

Hazırda müstəntiqlər az qala 20 yaşı olan “Lamborghini”nin kimə və nəyə lazım olduğu, həmçinin onun harada gizlədilməsinin planlaşdırıldığı ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: “SHOT”, “Baza” “Telegram”

Bənzər xəbərlər

Gündəm

0.70765900611877