Apr 04

Aya uçacaq astronavtların adları açıqlandı

NASA Artemida II missiyası çərçivəsində Aya uçacaq dörd astronavtın adını açıqlayıb.

Bu barədə agentlik tematik tədbir zamanı məlumat verib.

Missiya astronavt Kristina Kox, astronavt Ceremi Hansen və pilot Viktor Qloverdən ibarət olacaq. Heyətə Rid Vaysmen rəhbərlik edəcək. Kanadalı Ceremi Hansen Artemida II-nin amerikalı olmayan yeganə ekipaj üzvüdür.

Qeyd edək ki, Artemida II 2024-cü ildə Ay ətrafında insanların uçuşunu ehtiva edən Ay proqramının növbəti missiyasıdır. Bu, NASA və Kanada Kosmik Agentliyi (CSA) arasında ortaq bir missiya olacaq.

Mənbə: mir24.tv

Bənzər xəbərlər

Gündəm

0.099452018737793