Türkiyədə evdə altı nəfərin başından güllələnmiş meyiti tapıldı
Türkiyənin Elazığ şəhərində təbii qaz sızması çağırışı ilə ünvana gələn polislər bir evdə altı nəfərin meyitini tapıblar.
Əraziyə çox sayda polis və səhiyyə işçisi cəlb edilib.
Polisdən verilən məlumata görə, onların hamısı başından odlu silahla vurularaq qətlə yetirilib.
Məlum olub ki, müəllim olan Hüseyn F. naməlum səbəbdən ailəsi ilə mübahisə edib. Bundan sonra o, özü ilə gətirdiyi tüfənglə atasını, anasını, bacısını və sağlamlıq imkanları məhdud olan iki qardaşını güllələdikdən sonra intihar edib.
Mənbə: İHA