Mar 25

Qitə:

Qitə:
Dərdimiz sadələşib,adiləşib,
Naləmiz,fəryadımız ərşə çıxıb.

İxtiralar günü-gündən çoxalır,
Ev yıxan icadımız ərşə çıxıb.

Çox damağlar dada həsrət qalmış,
Tamımıznan dadımız ərşə çıxıb.

Kişilərmiz dəyişib öz cinsin,
Qızımız,arvadımız ərşə çıxıb.

Doğmamız bizdən uzağlarda gəzir,
Özgələrmiz,yadımız ərşə çıxıb.

Kinimiz dünyanı alt-üst eləyib,
Rəhmimiz,imdadımız ərşə çıxıb.

Özümüz fırlanırıq dünyanı,
Bilmirik ki,adımız ərşə çıxıb.

Şair Fərid Qubalı.
Mozalan Jurnalının foto müxbiri.

Bənzər xəbərlər

Gündəm

0.056908845901489