Oct 25

Bakıda gecə saatlarında avtoxuliqanlıq edən 4 sürücü saxlanılıb

Nəsimi rayonunda gecə saatlarında yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunublar.

Bu barədə Mozalan.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Əcəmi dairəsi" adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.029412031173706