Feb 04

Mətin Eynullayev onu şöbə rəisi təyin etdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub.

Mozalan.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Xidmət rəisi Mətin Eynullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ƏMDX-nin Gəncə ərazi şöbəsinin rəisi vəzifəsinə Ceyhun Novruzov təyin edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov C.Novruzovla görüşüb. Görüş zamanı şəhərdə əmlak məsələlərinin qanunvericiliyə uyğun və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri və birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

N.Bayramov C.Novruzovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Qeyd edək ki, C.Novruzov daha əvvəl ƏMDX-nin Bakı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

Bənzər xəbərlər

Gündəm

0.020565032958984