Feb 19

İrlandiya tarixində ən böyük yardımı Türkiyəyə göndərdi - FOTO

İrlandiya tarixinin ən böyük yardım göndərişini həyata keçirib.

İrlandiya Respublikası Türkiyəyə 110 ton təcili yardım göndərib.

Bu barədə ölkənin xarici işlər naziri Maykl Martin məlumat verib.

O qeyd edib ki, 700 çadır, 900 termal yorğan, 3 min lampa, 3 min gigiyena dəsti, 3 min mətbəx dəsti və 3 bidondan ibarət olan yardımla ən az 42 min insanın ehtiyacı qarşılana bilər.

Yardım Birləşmiş Millətlər Təşkilatının Dubaydakı anbarına çatdırılıb. Oradan isə Adanaya yönləndirilib.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.038491010665894