Jan 04

202 silah qaçaqmalçısı saxlanıldı

Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.

Mozalan.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, iki həftə ərzində İstanbul başda olmaqla, 14 vilayətdə silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyat nticəsində 398 tapança, 175 ov tüfəngi, 32 avtomat ələ keçirilib. Nazirin sözlərinə görə, qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 202 nəfər saxlanılıb.

Bundan başqa, qanunsuz silah istehsalı ilə məşğul olan dörd emalatxananın fəaliyyəti dayandırılıb.

Bənzər xəbərlər

Gündəm

0.032564878463745