Çin səssizliyini pozdu: Biz bunu qəbul etmirik
Çin lideri Si Cinpin ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi və Prezident Nikolas Maduro ilə həyat yoldaşı Siliya Floresin Nyu-Yorka qaçırılmasını şərh edib.
Mozalan.az xəbər verir ki, Çin lideri Si Cinpin Venesueladakı son durumal bağlı açıqlamasında bunları deyib.
"Birtərəfli və məcburi hərəkətlər beynəlxalq nizamı pozur. Bütün ölkələr digər ölkələrin xalqlarının seçdiyi inkişaf yoluna hörmət etməli, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməlidirlər. Xüsusilə də böyük ölkələr bu məsələdə öncülük etməlidirlər", - Çin lideri qeyd edib.
Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Çin həmişə güc tətbiqinə, təhdidlərə və bir ölkənin öz iradəsini digərinə qəbul etməsinə qarşı çıxıb. "Biz heç bir ölkə dünya polisi rolunu öz üzərinə götürə bilməsinə inanmırıq və heç bir ölkənin özünü beynəlxalq hakim elan etməsini qəbul etmirik”, -nazir Vanq Yi deyib.
Mürtəza



















































