Kim Çen In 35 gündür ictimaiyyət qarşısında görünmür
Şimali Koreya lideri Kim Çen In 36 gündür ictimaiyyət qarşısına çıxmır.
Ölkə ordusu isə soyuq havada KXDR Silahlı Qüvvələrinin yaradılmasının 75-ci ildönümünü qeyd etmək üçün böyük hərbi parada hazırlaşır.
Hərbi parad çərşənbə axşamı və ya çərşənbə günü başlayacaq. Lakin ötən bazar günü, fevralın 5-də Kim Çen In ölkənin kənd təsərrüfatının mühüm problemlərini müzakirə edən Siyasi Büro konqresini buraxıb.
Qeyd edək ki, 2014-cü ildə də Şimali Koreya lideri 40 gün ərzində ictimaiyyətin qarşısına çıxmayıb. Şayiələrə görə, o zaman ölkə lideri geniş miqyaslı mərasimə hazırlaşıb.
Mənbə: focus.ua