Feb 07

Ag Ev: “İran və Rusiya hərbi əməkdaşlığı ABŞ-nin tərəfdaşlarına zərər verə bilər”

ABŞ hakimiyyəti hesab edir ki, İran və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsi Vaşinqtonun regiondakı tərəfdaşlarına zərər verə bilər.

Bunu bazar ertəsi keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, İran və Rusiya Federasiyası arasında müdafiə sahəsində əlaqələr genişlənir və dərinləşir: “Vaşinqton şübhə etmir ki, Rusiya hələ də İrandan Ukraynada istifadə üçün pilotsuz uşuç aparatları almağa davam edir”.

“Eyni dərəcədə əhəmiyyətli narahatlıq doğuran amil odur ki, Rusiya İranın Yaxın Şərqdəki imkanlarını artırmaq üçün yollar axtarır. Beləliklə, inkişaf edən müdafiə əlaqələri təkcə ukraynalılar üçün deyil, həm də bizim tərəfdaşlarımız və dostlarımız üçün də mənfi hal ola bilər”, - deyə Ağ Ev nümayəndəsi bəyan edib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.054291963577271