ÇL-in pley-off mərhələsi və final topunun görüntüləri yayıldı – FOTO
Çempionlar Liqasının pley-off və final matçlarında istifadə ediləcək topun fotoları üzə çıxıb.
“Footy Headlines” resursu turnirin 2022/23 mövsümünün 1/8 final mərhələsindən etibarən oyunlarda görə biləcəyimiz “Adidas” topunun şəkillərini dərc edib.
Rəsmi olaraq top fevralın 13-də təqdim olunacaq və ilk dəfə fevralın 14-də 1/8 final matçında meydanda görünəcək.
Topun üzərindəki naxış ənənəvi türk sənətindən ilhamlanıb. Qızıl rəng İstanbulun tarixini, gümüşü isə Çempionlar Liqasının kubokunu xatırladır.
Qeyd edək ki, Çempionlar Liqasının finalı 2023-cü il iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.