Türkiyədə zəlzələ qurbanlarının sayı artır – YENİLƏNİR + FOTO/VİDEO
Türkiyənin 10 əyalətində baş verən təbii fəlakətdə ölən və yaralananların sayı artır.
Ölkənin vitse-prezidenti Fuad Oktay Kahramanmaraşda baş verən zəlzələlərdə 2 min 379 nəfərin həyatını itirdiyini, 14 min 483 nəfərin isə yaralandığını bildirib.
Zəlzələlərin davam etdiyi bölgədə vətəndaşlardan qəzalı binalara girməmələri xahiş olunub.
Mənbə: Haber Global
01:08
Türkidə zəlzələ nəticəsində ölənlərin sayının 2300-ü ötüb.
Bu barədə AFAD-dan məlumat verilib.
Bildirilib ki, hazırda ölənlərin sayı 2 316-ya yüksəlib. Xəsarət alanların sayı 13 293, dağılan binaların sayı 6 217, xilas edilənlərin sayı isə 7 840 nəfərdir.
Mənbə: Haber Global
23:21
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 762, yaralıların sayı isə 12 068 nəfərə çatıb.
Yeraltı təkanlar nəticəsində 5 606 bina dağılıb.
21:48
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb, 11 mindən çox yaralı var.
Bu barədə yerli televiziyalardan birinin efirində ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
“Hazırda Kahramanmaraşda baş verən zəlzələ nəticəsində 1651 nəfər ölüb, 11 119 nəfər yaralanıb. 3471 bina dağılıb”, - o bildirib.
Həmçinin, təbii fəlakətlə əlaqədar Türkiyə ərazisində yeddi günlük ümummilli matəm elan olunub. Bu barədə ölkə başçısı Rəcəb Tayyip Ərdoğan əmr imzalayıb.
6 Şubat 2023 tarihinde ülkemizde meydana gelen depremler sebebiyle yedi gün süreyle millî yas ilan edilmiştir. Bütün yurtta ve dış temsilciliklerimizde 12 Şubat 2023 Pazar günü güneşin batışına kadar bayrağımız yarıya çekilecektir. pic.twitter.com/WsXvTpyr6y
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 6, 2023
19:51
Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.
Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.
O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb.
18:31
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1498-ə, xəsarət alanların sayı isə 8533-ə çatıb.
Qeyd edilib ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb.
17:38
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1121-ə, xəsarət alanların sayı 7634-ə çatıb.
17:22
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 7003-ə çatıb.
Qeyd olunur ki, Kahramanmaraşda 191, Qaziantepdə 200, Şanlıurfada 27, Diyarbəkirdə 41, Adanada 43, Adıyamanda 20, Osmaniyedə 131, Hatayda 250, Kilisdə 13 və Malatyada 98 nəfər olmaqla 1014 insan həyatını itirib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə 7003 nəfər yaralanıb.
16:14
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar zəlzələdən həyatını itirənlərin sayını açıqlayıb.
O bildirib ki, son məlumata görə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.
14:13
Türkiyə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, yaralıların sayı 5385-ə yüksəlib. Türkiyə lideri ölkənin cənub-şərqindəki zəlzələnin 1939-cu ildən bəri ən iri təbii fəlakət olduğunu bildirib.
R.T.Ərdoğan qeyd edib ki, doqquz mindən çox xilasedici zəlzələdən zərər çəkən bölgələrdə axtarış işlərinə qatılıb.
Xilas edilən vətəndaşların sayı 2470 olub. Zəlzələ nəticəsində ümumilikdə 2812 bina dağılıb.
11:07
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.
08:57
Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb.
Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dağıntılar yeddi vilayətdə qeydə alınıb.
08:44
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatıb.
Bununla bağlı “Haber Global” məlumat yayıb.
Bildirilib ki, Malatya bölgəsində zəlzələ nəticəsində 140 bina dağılıb, azı 23 nəfər ölüb, 420 nəfər isə xəsarət alıb.
Bundan başqa, Şanlıurfada 18 bina dağılıb, 17 nəfər həlak olub.
Osmaniyedə isə 34 bina yerlə yeksan olub, beş nəfər həyatını itirib.
İlkin məlumatlara görə, Diyarbəkirdə isə altı nəfər həlak olub.
06:59
Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Mənbə: TRT Haber, CNN Turk