Pakistan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Pakistan XİN başçısı tviterdə yazıb.
Qeyd olunub ki, Zardari həmkarına Türkiyədəki zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib.
Bildirilib ki, avadanlıq və tibbi ləvazimatları, həmçinin axtarış-xilasetmə qrupları yaxın vaxtda Türkiyəyə yola düşəcək.