Feb 06

Aİ Türkiyədəki zəlzələyə görə "Kopernik" peyk sistemini işə salıb, 10 axtarış-xilasetmə xidməti ayırıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel güclü zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün Ankaraya yardım təklif edib.

“Report” xəbər verir ki, o, Türkiyə ilə həmrəy olduğunu söyləyib.

“Bu səhər Türkiyə və Suriyanın bəzi bölgələrində baş verən dağıdıcı zəlzələ xəbərini eşidəndə çox kədərləndim.

Həyatını itirən çoxlu ailələrə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - Ş.Mişel bildirib.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də özünün tviter səhifəsində Türkiyəyə kömək etməyə hazır olduqlarını yazıb: “Bu səhər Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoyub, çoxlu sayda yaralı var. Dualarımız Türkiyə və Suriya xalqının yanındadır. Avropa İttifaqı lazımi köməyi göstərməyə  hazırdır”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb. 

Bənzər xəbərlər

Gündəm

0.031758785247803