"Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır" - DEPUTAT
Türkiyənin cənub-şərqində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfərin yaralanıb, 1710 bina isə dağılıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, qardaş Türkiyənin cənub-şərqində baş verən zəlzələ bizi dərindən sarsıtdı:
"Zəlzələ nəticəsində dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Həmişə olduğu kimi yenə də Azərbaycan öz qardaşının yanındadır. Bununla bağlı cənab prezident İlham Əliyev öz tapşırıqlarını verib. Ölkə başçısının tapşırığına əsasən Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb. Bundan əlavə ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur. İnanıram ki, qardaş Türkiyə tezliklə bu çətin günləri arxada qoyacaq".
Aysel Yusifqızı