Mask zəlzələdən sonra kömək üçün “Starlink”i Türkiyəyə göndərməyə hazır olduğunu dedi - FOTO
Amerikalı sahibkar İlon Mask zəlzələnin nəticələrini aradan qaldırmaq üçün “Starlink” terminallarını Türkiyəyə göndərməyə hazır olduğunu bildirib.
Mozalan.az-ın məlumatına görə, bu barədə o, “Twitter”də sosial şəbəkə istifadəçilərinin birinin xilasedicilərə kömək üçün terminallar göndərməyin mümkünlüyü barədə sualını cavablandırarkən deyib.
Mask bildirib ki, hələlik “Starlink” bunun üçün Türkiyə hakimiyyət orqanlarından icazə almayıb.
“İcazə alınan kimi “SpaceX” terminallarını göndərməyə hazırıq”, - deyə sahibkar yazıb.