Feb 06

Zəlzələ nəticəsində Hatayda qaz boru xətti partladı

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgələrdən xəbərlər gəlməyə başlayıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Türkiyənin 10 şəhərində dağıntı və tələfatla nəticələnən zəlzələ Hatayda da qaz kəmərini sıradan çıxarıb.

Belə ki, Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış və daha sonra yanğın baş verib.

 

Yanğının davam etdiyi əraziyə BOTAŞ rəsmiləri də gəlib.

Bölgədə təhlükəsiz qaz axınını təmin etmək üçün işlər görülür.

Bənzər xəbərlər

Gündəm

0.17290091514587