Feb 06

Avstraliyada buddist məbədi yandı – VİDEO

Avstraliyanın Melburn şəhəri kənarında yerləşən ikimərtəbəli buddist məbədində güclü yanğın baş verib.

Məlumata görə, yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub.

Qeyd olunur ki, yerli yanğınsöndürmə və xilasetmə xidməti ətraf rayonların sakinlərinə xüsusi xəbərdarlıq edib. Onlara evlərini tərk etməmək, bütün çölə açılqan qapı və pəncərələri bağlamaq, istilik və soyutma sistemlərini söndürmək tövsiyə olunub.

Bildirilir ki, yanğından çıxan tüstü 15 kilometr məsafədən görünür.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.019970178604126