Feb 05

Hindistanda minlərlə kişi həbs edildi: Qadınlar etiraza qalxdılar

Hindistanın Assam ştatında polis 2000-dən çox kişini həbs edib.

Kütləvi reydlər zamanı yetkinlik yaşına çatmayan qızlarla nikaha girən 2169 kişi saxlanılıb.

Bu barədə ştatın polis rəisi Qyanendru Pratap Sinqx məlumat verib.

“İndiyədək biz polis tərəfindən qeydə alınmış 4074 hadisə əsasında 2169 nəfəri həbs etmişik”, - deyə o qeyd edib.

Buna baxmayaraq, saxlanılanların arvadları asayiş keşikçilərinin bu qərarından narazılıq ediblər. Onlardan biri kiçik uşağı ilə birlikdə etiraza qalxıb və deyib ki, onlar çətinliklə dolanmalarına baxmayaraq, xoşbəxt olublar.

“Həyat yoldaşım həbs olunubsa, bəs indi bizim dolanışığımızı kim təmin edəcək?”, - deyə o hiddətlənib.

Qeyd edək ki, Hindistanda qadınların 18, kişilərin isə 21 yaşından əvvəl evlənməsi qadağandır. Buna baxmayaraq əhalinin təhsil səviyyəsinin aşağı olması və yoxsulluq cəmiyyətdə bu fikirli insanların ortaya çıxmasına səbəb olur. Lakin vəziyyətin dəyişdirilməsi üçün dövlət tərəfindən tədbirlər görülür. Bu tədbirlərdən biri kimi ölkə parlamenti qadınlar üçün minimum nikah yaşının 18-dən 21-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi üzərində düşünür.

Mənbə: NDTV

Bənzər xəbərlər

Gündəm

2.5438890457153