Şəmkirdə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü Qənirə Şərəfova bıçaqla qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir
18:30
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Mozalan.az-ın məlumatına görə, rayonun Sabirkəndində Qənirə Şərifova öldürülüb.
Hadisəni 1992-ci təvəllüdlü Şaiq Şərəfli törətməkdə şübhəli bilinib. O, mərhumun qardaşıdır.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.