Aİ ölkələri Rusiya neft məhsullarına qiymət tavanı barədə razılığa gəliblər – FOTO
Aİ ölkələri fevralın 5-dən etibarən G7 ölkələri ilə birlikdə Rusiya neft məhsullarının qiymət tavanı ilə bağlı razılığa gəliblər.
Cümə axşamı Aİ səfirləri dizel yanacağının qiymətini bir barel üçün 100 dollar, endirimli neft məhsullarının isə bir barel üçün 45 dollar səviyyəsində müəyyən ediblər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen cümə günü axşam “Twitter” hesabında yazıb ki, Aİ bazar günündən etibarən “Rusiya neft məhsulları üçün qiymət tavanı tətbiq edəcək”, - lakin kəmiyyət göstəricilərini hələ təsdiq etməyib.
Həmçinin fevralın 5-də Aİ-də Rusiya neft məhsullarının alınmasına qadağa qüvvəyə minir ki, bu da Macarıstana şamil edilmir. Beləliklə, Aİ-nin ötən il iyunun əvvəlində razılaşdırılmış neft embarqosu tam həcmdə qüvvəyə minəcək.
Mənbə: TASS