Aİ Rusiyaya qarşı 10 milyard avroluq məhdudiyyətlər tətbiq edəcək
Brüsselin fevralın 24-dək tətbiq etməyi planlaşdırdığı Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketi 10 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.
Bunu cümə günü Kiyevdə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen, Aİ-Ukrayna sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Onuncu sanksiyalar paketi yoldadır, onun dəyəri 10 milyard avro olacaq. Bu, yenə də irimiqyaslı paket olacaq”, - o deyib.
Mənbə: TASS