Feb 03

Rəşad Nəbiyev Monteneqronun vitse-prezidenti ilə görüşüb

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bununla bağlı nazir paylaşım edib. Bildirib ki, görüşdə nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlıq məsələləri və əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

Rəşad Nəbiyev həmçinin, ölkəmizdə səfərdə olan Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb, potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Bənzər xəbərlər

Gündəm

0.084982872009277