"Danışıqların növbəti mərhələləri ABŞ-da keçirilə bilər" - Zelenski
Ukraynadakı münaqişənin həlli üçün danışıqların növbəti mərhələləri ABŞ-da keçirilə bilər.
Mozalan.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski məlumat verib.
"Artıq növbəti görüşlər yaxın gələcək üçün planlaşdırılır. Yəqin ki, Amerikada olacaq", - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna sülhü yaxınlaşdıra biləcək bütün formatlara hazırdır. O, həmçinin münaqişənin Rusiyanın "mükafatlandırılmadan" bitməli olduğunu bildirib.
Elvin
Mozalan.az



















































