Aliment ödəməmək üçün üç yaşlı qızını zəhərlədi
Almaniyanın Bavariya şəhərində 28 yaşlı kişinin məhkəməsi başlayıb.
Mozalan.az xəbər verir ki, o, aliment ödəməmək üçün üç yaşlı qızına siçan zəhəri verib.
Müstəntiqlərin sözlərinə görə, Əfqanıstan vətəndaşı Elias G. üç yaşlı qızının ağzına siçan zəhəri olan alüminium fosfid paketi qoyub. Qız maddəni udub və nəticədə qız xəstəxanalıq olub. Anası dərhal təcili yardım çağırıb. Həkimlər uşağı xilas edə biliblər.
Prokurorlar hesab edirlər ki, kişi cinayəti bir neçə həftə ərzində planlaşdırıb və zəhərlərin təsirini internetdə araşdırıb. Onun cinayət törətməsinin səbəbi aliment ödəməmək olub. Təqsirləndirilən şəxs ittihamları rədd edir.
Elvin
Mozalan.az



















































