Jan 18

"Nə ədəb, nə mərhəmət, nə şərəf qalıb"

Müğənni Günel Zeynalova Türkiyədə qətlə yetirilən 17 yaşlı Atlas Çağlayanla bağlı paylaşım edib.

Mozalan.az xəbər verir ki, ifaçı Atlasın anasının görüntülərini yayımlayaraq ədalət tələb edib:

"Gənclik…Hər şey üçün "keçmişdə qaldı" demək nəcə də dilimizə düşüb. Hətta dilimizdən düşməz olub. "Bu dünyanı uşaqlar xilas edəcək" deyimimiz var idi. Təəssüf ki, nə deyim, nə ədəb, nə mərhəmət, nə şərəf qalıb. Bitməyən sözlər… Bəli, haqqın yanındayam. Bu gənc qardaşımız üçün də ədalət istəyirəm. Anasına səbir diləyirəm. Məkanı cənnət olsun".

Qeyd edək ki, İstanbulun Güngören ərazisində 17 yaşlı Atlas Çağlayan "bizə yan baxdın" mübahisəsi zamanı bıçaqlanaraq öldürülüb. Hadisəni törədən 15 yaşlı şübhəli E.Ç. həbs edilib.(axşam.az)

Bənzər xəbərlər

Gündəm

0.032809019088745