Dec 22

Bu xəstəxananın direktor müavini işdən çıxarıldı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini işdən çıxarılıb. 

Mozalan.az xəbər verir ki, müvafiq əmrlə Orxan Tağızadə vəzifəsindən azad olunub. 

Xatıradaq ki, bu ilin noyabr ayında Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı Xalidə Əliniyaz qızı Cümşüdovanın iş yerində təzyiqə və hədə-qorxuya məruz qalması, döyülməsi barəsində sosial şəbəkələrdə video müraciət yaymışdı. Xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyüldüyünü də iddia etmişdi. 

Ehtimal edilir ki, Orxan Tağızadə sözügedən hadisəyə görə vəzifəsindən uzaqlaşdırılıb.

Bənzər xəbərlər

Gündəm

0.019660949707031