Dec 22

Bəzi universitetlərin bütün əməkdaşlarına pul veriləcək - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun əmri ilə təhsil ocağının yaradılmasının 50 illik yubileyi münasibətilə əməkdaşlara bir aylıq əməkhaqqı həcmində birdəfəlik mükafat ödənilib.

Mozalan.az xəbər verir ki, bunun ardınca bəzi universitetlərdə bayramlarla əlaqədar oxşar qərarlar verilib.

Bu barədə məlumat yayan Azərbaycan Universitetləri səhifəsi Mingəçevir Dövlət Universitetinin (MDU), Qarabağ Universitetin, Rəssamlıq Akademiyasının rektorlarının və UNEC Zaqatala filialının direktorunun müvafiq əmr imzaladığını bildirib.

Belə ki, MDU-nun bütün əməkdaşlarına 300 manat, Qarabağ Universitetinin bütün əməkdaşlarına bayramlarla əlaqədar 500 manat, Rəssamlıq Akademiyasının əməkdaşlarına 1 aylıq əməkhaqqı (2 qat maaş) həcmində, UNEC Zaqatala filialının isə bütün əməkdaşlarına bayramlarla əlaqədar 200 manat mükafat verilib.

Məlumata görə, digər təhsil ocaqlarında da oxşar qərarların veriləcəyi istisna edilmir.

Bənzər xəbərlər

Gündəm

0.020097017288208