Mar 12

Tərtərdə AĞIR QƏZA: Ölən və xəsarət alanlar var

Tərtər rayonunda bu gecə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mozalan.az xəbər verir ki, hadisə rayon mərkəzində, 6 nömrəli məktəbin qarşısında baş verib.

Hadisə VAZ-2107 və VAZ-21011 markalı minik avtomobillərinin toqquşması səbəbindən baş verib.

Hadisə nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.

Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon, Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əzizə İsmayılova

Bənzər xəbərlər

Gündəm

0.02021598815918