ABŞ-də kütləvi ixtisarlar başlayır

ABŞ-nin Vergi İdarəsi (İRS) yaxın günlərdə minlərlə işçini ixtisar etməyə hazırlaşır.
Mozalan.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
Bildirilir ki, işdən çıxarılmalar vergi hesabatı mövsümündə qurumun resurslarını gərginləşdirə bilər. Məlumata görə, yenicə işə götürülən və işdən çıxarılmaqdan tam müdafiəsi olmayan hər kəs işini itirəcək.
Tam olaraq neçə IRS işçisinin ixtisar ediləcəyi bəlli deyil, lakin keçmiş Prezident Co Baydenin dövründə ştatı 100 minə qədər böyüyən agentliyin işçi qüvvəsinə təxminən 16 min sınaq işçisi daxildir.
Qeyd olunur ki, Bayden agentliyin işini, o cümlədən korporasiyaları və varlı vergi ödəyicilərini yoxlamaq qabiliyyətini gücləndirməyə çalışıb.