Oct 30

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ

"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 70 nəfər .

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.

Bənzər xəbərlər

Gündəm

0.030716896057129