Epşteynin adasının nüfuzlu qonaqlarının qorxduğu şəxsin adı AÇIQLANDI
Maliyyəçi Cefri Epşteynin adasını ziyarət edən "çox güclü və varlı" insanlar ABŞ prezidentliyinə namizəd Donald Trampdan qorxurlar.
Mozalan.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Məlumata görə, siyasətçi amerikalı milyarderlə əlaqələrini gizlətmək cəhdlərinə baxmayaraq, bütün adları açıqlaya bilər. Nəşr Epşteynin cinayətlərinin qurbanı olan şəxsə istinad edərək qeyd edib ki, Tramp Ağ Evə qayıtsa, onların sayılı günləri qalacaq.
Bu insanlar indi çox əsəb keçirirlər, təlaş içindədirlər. Trampın adları sadalamaq vədi onların çoxunun yuxusuz gecələrinə səbəb ola bilər. Mənbə nəşrə bildirib ki, bu adamlardan bəziləri çox güclü və zəngindirlər, onlar Epşteynlə əlaqələrindən heç kimin xəbəri olmaması üçün çox çalışıblar.
Qeyd edək ki, həbsxanada dünyasını dəyişən Epşteyn cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alveri ilə məşğul olmaqda ittiham olunurdu. ABŞ-də onu 40 ilə yaxın həbs cəzası gözləyirdi.