İndoneziyada uçan taksi sınaqdan keçirilib
Cənubi Koreyanın "Hyundai Motor Corporation" şirkəti İndoneziyada uçan taksini uğurla sınaqdan keçirib.
Mozalan.az TASS-a istinadən xəbər verir ki, taksi 50-80 metr hündürlükdə uça bilir və 200 kilometr/saat sürət yığır.
Hava taksisində üç sərnişin və bir pilot səyahət edə bilər.
Sınaqlar İndoneziyanın yeni paytaxtı Nusantara yaxınlığında yerləşən və tikintisi davam edən Samarinda hava limanında aparılıb.
Qeyd olunub ki, Asiya ölkəsinin hakimiyyət orqanları 2030-cu ilə qədər uçan taksilər buraxmağı planlaşdırırlar.