Aug 05

Yer kürəsində maqnit qasırğası güclənib

Yer kürəsində maqnit qasırğası G3 (güclü) səviyyəsinədək artıb.

Mozalan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"G3 (Kp = 6.67) artıq altı saat ərzində qeydə alınıb", - institutun nümayəndəsi bildirib.

Bundan əvvəl "Fobos" iqlim araşdırmaları mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Yer kürəsində G1 sinifli (zəif səviyyə) maqnit qasırğasının başladığını bildirmişdi.

Bənzər xəbərlər

Gündəm

0.03880786895752