Jul 28

Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi

İran Prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.

Oxu.az TASS-a istinadən xəbər verir ki, sözügedən fərman İranın ali dini lideri Ayətullah Əli Xamenei tərəfindən Pezeşkianın rəsmi olaraq prezident vəzifəsinə təsdiqlənməsindən sonra ilk təyinatdır.

Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Hazırda onun 72 yaşı var.

Bənzər xəbərlər

Gündəm

0.029031038284302