Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qərb ölkələri Rusiyanın mövqeyinə məhəl qoymur və Moskvanın kapitulyasiyasına ümid bəsləyir, lakin bu, heç vaxt baş verməyəcək.
Mozalan.az xəbər verir ki, bu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Hamı məsələləri qulaqardına vurur və bizi məsələyə konstruktiv yanaşmağa çağırmaqda davam edir. Nəticə etibarilə, onların anlayışında bu, təslim olmaq deməkdir. Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək", - deyə diplomat bildirib.
S.Lavrov vurğulayıb ki, Moskva qarşısına qoyduğu tapşırıqları həll etməkdə israrlıdır və buna heç bir şübhə yoxdur.