Parkda qızlarla gəzən gəncə söz atan şəxs bıçaqlandı
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hüseyn Hüseynovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, hadisə 14 iyun 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parkların birində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Hüseyn Hüseynovun istirahət edən zaman onun parkda bir neçə qızla gəzməsinə zərərçəkmiş Qafar Əsədov (soyadı şərtidir) etiraz edib. Bu səbəbindən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonra o, üzərində gəzdirdiyi bıçaqla qəsdən zərərçəkmiş şəxsin sol qolundan bir dəfə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Hüseyn Hüseynov saxlanılaraq istintaqa cəlb edilib.