İstanbul sahillərində tornado görüntüləndi
Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda, Karaburun sahilində dənizdə tornado əmələ gəlib.
Bu barədə Mozalan.az İHA-ya istinadən bildirir.
Sahildə dənizdə çimənlər tornadonu təəccüblə izləyiblər. Bəziləri fırtınaya baxmayaraq üzməyə davam edib, bəziləri isə tornadonun sahilə yaxınlaşması ehtimalını nəzərə alaraq dənizdən çıxıblar.
Qeyd edək ki, meteorologiya idarəsi İstanbulda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdi.
İstanbul sahillərində tornado görüntüləndi
İstanbul sahillərində tornado görüntüləndi