ABŞ - Ermənistan hərbi təlimləri barədə yeni açıqlama
İyulun 15-dən Ermənistanda keçirilən "Eagle Partner 2024" təlimləri başa çatmaq üzrədir. ABŞ səfiri Kristin Kvin və üç general - Ceyms Krizel, Entoni Mohat və Endrü Saslav təlimləri qiymətləndiriblər.
Mozalan.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.
Xatırladaq ki, iyulun 15-dən 24-dək Ermənistanda "Eagle Partner 2024" adlı birgə erməni-amerikan hərbi təlimləri keçirilir.