Jul 20

Blinken: "Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər"

"Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər".

Mozalan.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.

"NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik", - Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə ABŞ silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.

Qeyd olunur ki, iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekun sənədində Ukrayna alyansa doğru sürətlə irəliləyib.

Bənzər xəbərlər

Gündəm

0.029489994049072