Leninin abidəsi hərraca çıxarıldı: Müştəri tapılmadı
Ukraynada Vladimir Leninin ən böyük heykəlinin satışı üzrə hərrac baş tutmayıb.
Mozalan.az TASS-a istinadən xəbər verir ki, çoxtonluq heykəl haqqında məlumat Prozorro dövlət satınalma sisteminin saytında yerləşdirilib.
Məlumata görə, hərrac abidəni almaq istəyən potensial müştərilərin yoxluğu səbəbindən baş tutmayıb.
Qeyd edək ki, Leninin bürünc heykəlinin çəkisi 12 310 kq-dır. Onun başlanğıc qiyməti 259,5 min dollardır. Zaporojye şəhərindəki abidə hələ 2016-cı ildə sökülüb.