Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Mozalan.az "Belta"ya istinadla xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Pis hava şəraiti nəticəsində Belarus ərazisində 372, təkcə paytaxt Minskdə 70 ağac aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları bərpa işləri aparırlar.
Ölüm hadisələri ağacların aşması nəticəsində baş verib.