Jul 14

Trampa qarşı sui-qəsd öncəsi maraqlı detallar

ABŞ Daxili Təhlükəsizlik Departamenti sui-qəsddən əvvəl keçmiş prezident Donald Trampın təhlükəsizliyini artırmaq barədə sorğularını rədd edib.

Mozalan.az "The Federalist" jurnalına istinadən xəbər verir ki, bunu Trampın təhlükəsizlik xidmətinin adı açıqlanmayan nümayəndəsi bildirib.

"Trampın təhlükəsizlik komandası həftələrdir ki, onun müdafiəsini gücləndirmək və bu sahədə imkanlarını artırmaq istəyir, lakin Prezident Co Baydenin Daxili Təhlükəsizlik Departamenti bu tələbləri dəfələrlə rədd edir".

Bununla yanaşı, polis və ABŞ Məxfi Xidmətinin əməkdaşları Trampın mitinqində silahlı şəxslə bağlı xəbərdarlıqlara da cavab verməyib. Bunu eks-prezidentin Butler şəhərindəki (Pensilvaniya) seçki kampaniyasında iştirak edən respublikaçı tərəfdarı Qreq Smit bildirib.

"Bizdən 50 fut (15 metr - red.) aralıda olan binanın damında sürünən bir oğlan gördük. Onun tüfəngi var idi, biz tüfəngi aydın şəkildə gördük. Onu polisə göstərdik, dedik ki, damda tüfəngli bir oğlan var", - Smit BBC-yə danışıb.

Smit qeyd edib ki, üç-dörd dəqiqə ərzində o, polisə təhlükə barədə xəbərdarlıq etməyə çalışıb, lakin onun mesajlarına cavab verməyiblər.

Bənzər xəbərlər

Gündəm

0.17993998527527