Jul 14

Rəcəb Tayyib Ərdoğan Donald Trampa qarşı sui-qəsd cəhdindən yazdı

"İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər".

Mozalan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"ABŞ-nin 45-ci prezidenti və hazırda prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm. Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram. Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq", - paylaşımda qeyd olunur.

Bənzər xəbərlər

Gündəm

0.018857002258301